Macarıstanın baş nazirinin müavini Jolt Şemyen Budapeştin ölkədən qaçan və hərbi xidmətə çağırışdan yayınan vətəndaşları Ukrayna hakimiyyətinə təhvil verməkdən imtina etməsindən danışıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “Hungary Today” qəzeti xəbər verir.
“Biz ukraynalı qaçqınların heç birini hərbi xidmətə çağırılıb-çağrılmadığını öyrənmək üçün araşdırmırıq. Macarıstan onların Ukraynaya ekstradisiyasında iştirak etmir”.
Şemyen ukraynalıları əmin edib ki, onlar Macarıstanda özlərini təhlükəsiz hiss edə bilərlər və müstəqil şəkildə ölkədə qalmaq və ya oranı tərk etmək barədə qərar verə bilərlər. O, hakimiyyətin qaçqınlarlarla bağlı məlumatlarını Kiyevə ötürməyəcəyini də bəyan edib.
Qeyd edək ki, bu günlərdə Hollandiya 2024-cü il fevralın 1-dək Ukraynadan olan qaçqınların sayının artacağına diqqət çəkərək, onların yerləşdirilməsi üçün əlavə yerlərin tələb olunacağını bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB