...Stavropol vilayətində insanların alqı-satqısı faktları aşkarlanıb. Qurbanlar, təbii ki, qeyri-qanuni miqrantlardır. Belə ki, onların pasportları götürülüb və işə göndəriliblər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Stavropol diyarının iki sakinini saxlayıblar.
Hazırda onlar insan alverində ittiham olunurlar.
“İki nəfərə qarşı insan alveri maddəsi ilə cinayət işi açılıb. Əvvəllər bu faktlar əsasında həmin təqsirləndirilən şəxslərə qarşı daha bir neçə cinayət işi açılıb”.
Qeyd edək ki, bu, Regional Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Verilən məlumata görə, rusiyalı insan alverçiləri standart sxem üzrə hərəkət edirmişlər.
Y.ni onlar qeyri-qanuni miqrantlarla görüşüb, onlara sənədlərlə bağlı köməklik edəcəklərini və onları işlə təmin edəcəklərini vəd edirmişlər.
Sonra isə onları pasportlarını əllərindən alıb...işə göndərirmişlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB