Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın genişmiqyaslı müdaxiləsindən, yəni 2022-ci il fevralın 24-dən Ukrayna vətəndaşları ilə bağlı hərbi həkim komissiyalarının bütün qərarlarının yoxlanılmasını əmr edib.
SİA-nın əldə etdiyi məlumata görə, müvafiq sərəncam dövlət başçısının rəsmi saytında dərc olunub.
Beləliklə, komissiyaların əsassız qərarlarına yenidən baxılacağı qeyd olunur.
Sənədə əsasən, fərmanın icrasına nəzarət Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilova həvalə edilib.
No! Bu gün Ukraynada dolaşan söz-söhbətə görə, Danilovun hərbi yaşında olan oğulları atalarının köməyi ilə ölkəni tərk edərək səfərbərlikdən qaçdıqları bildirilir.
Təbii ki, Danilov bunu təkzib edir.
Qeyd edək ki, Zelenskinin fərmanı Ukrayna ordusunun əks-hücum zamanı itkiləri nəticəsində cəbhədə müzakirə olunan canlı qüvvə çatışmazlığı fonunda imzaladığı deyilir.
Onu da qeyd edək ki, Ukrayna hakimiyyəti bu günədək itkilərin sayını açıqlamayıb, lakin bir sıra hərbi ekspertlərin və Qərb siyasətçilərinin fikrincə, söhbət həyatını itirmiş on minlərlə əsgərdən gedir.
Xatırladaq ki, avqustun sonunda Zelenski hərbçilərin Rusiyaya qarşı müharibədə iştirak etmək üçün ölkə vətəndaşlarının səfərbərliyini gücləndirmək istəyi barədə danışmışdı.
O, həmçinin Ukrayna hüquq-mühafizə orqanlarının qurumlarda irimiqyaslı korrupsiya sxemlərini müəyyən etdiyinə görə, bütün regional hərbi komissarlıqların rəislərinin işdən çıxarılması barədə qərarını da açıqlamışdı.
Təsadüfi deyil ki, hazırda ölkə üzrə hərbi komissarlıqlarda yoxlamalar aparılır.
...Bu arada Ukraynanın Təhlükəsizlik Xidməti Odessa vilayətində din xadimini saxlayıb. Verilən məlumata görə, hərbi xidmət keçmək istəməyən vətəndaşları “kilsə missionerləri” siyahısına daxil edən keşiş, sonradan onların adından xaricə getməyə icazə verirmiş.
Yeri gəlmişkən belə bir siyahıdakı bir yerin qiymətinin 4,5 min dollar olduğu iddia edilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB