Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi nədir?

Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizini iki ayrı koridordan ibarət olacaq
Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi nədir?

Qeyd edək ki, sentyabrın 9-10 tarixlərində Hindistanda “Bir dünya, bir ailə və bir gələcək” başlığı altında G-20 Dövlət Başçılarının 18-ci Sammiti keçirilib. Yığıncaq çərçivəsində Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı və Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi sessiyası keçirilib.

SİA-nın əldə etdiyi məlumata görə, Hindistanın baş naziri N.Modi bu sessiyada Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizini elan edib. İqtisadi dəhlizlə bağlı Hindistan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, Avropa İttifaqı, Fransa, İtaliya, Almaniya və ABŞ anlaşma memorandumu imzalayıb.

Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizini iki ayrı koridordan ibarət olacaq: 1) Hindistanı Qərbi Asiya və Yaxın Şərqi birləşdirəcək Şərq Dəhlizi və Qərbi Asiya və Yaxın Şərqi Avropanı birləşdirəcək Şimal dəhlizi.

Təklif olunan dəhliz layihəsi Hindistandan BƏƏ-yə qədər uzanacaq, daha sonra Səudiyyə Ərəbistanı, İordaniya və İsraildən keçərək Avropaya birləşdiriləcək. Layihə Hindistandan yüklənən malların İsrail və Yunanıstan limanları vasitəsilə Avropaya daha sürətli göndərilməsini nəzərdə tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə