Ersin Tatar Liviyaya başsağlığı verdi

Ersin Tatar Liviyaya başsağlığı verdi

Şimali Kıbrıs Türk Respublikasının (ŞKTR) prezidenti Ersin Tatar daşqınlarla mübarizə aparan Liviya xalqına başsağlığı verib və ''keçmiş olsun'' arzularını çatdırıb.
SİA-nın əldə etdiyi məlumata görə, Ersin Tatar Liviyada baş verən daşqınlarla bağlı paylaşım edib.
Ersin Tatar daşqınlar nəticəsində çox sayda ölən, itkin düşən və yaralananın olduğunu bildirib.
"Həyatını itirənlərə Allahdan rəhmət, xəsarət alanlara şəfa diləyirəm. Liviya xalqına başsağlığı verir ''keçmiş olsun'' arzularımı çatdırıram'',-deyə Ersin Tatar paylaşımında qeyd edib.
Qızıl Xaç Cəmiyyətinin məlumatına görə, Liviyanın şərqində baş verən daşqınlar nəticəsində həyatını itirənlərin sayı 3 mini keçib, itkin düşənərin sayı da 10 minə çatıb.
Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe daşqınlar nəticəsində həyatını itirənlər ilə əlaqədar ölkədə 3 günlük matəm elan edildiyini açıqlayıb.
Liviya Prezident Şurası daşqından zərər çəkmiş bölgələr ilə əlaqədar qardaş ölkələrə və beynəlxalq qurumlara yardımla bağlı çağırış edib.
Mərkəzi Aralıq dənizində tüğyan edən "Daniel" fırtınası Liviyanın Benqazi, Beyda, Merc, Suse və Derne şəhərlərində həyatı iflic edib.

Bütün xəbərlər Facebook səhifəmizdə