Baydenə qarşı impiçment araşdırması başlayıb..?

Baydenə qarşı impiçment araşdırması başlayıb..?

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti Nümayəndələr Palatasının komitələrinə prezident Cozef Baydenə qarşı impiçment araşdırmasına başlamağı təklif edib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Makkartniyə görə, bu, korrupsiya əlaqələri ilə bağlıdır.

... ABŞ qanunvericilərinin araşdırması göstərdi ki, Bayden amerikalılara ailə üzvlərinin biznesindən xəbəri olmadığı barədə yalan danışıb.

Müstəntiqlər Bayden ailəsinin üzvlərinin və onların filiallarının böyük şirkətlər şəbəkəsi vasitəsilə xaricdən milyonlarla dollar topladığına dair etibarlı sübutlar əldə ediblər.

Amma Bayden bu cür ittihamları rədd edib. Makkartni daha əvvəl bu sözlərin yalan olduğunu bildirmişdi.

Ehtimal olunur ki, prezidentin özü və oğlu Hunter korrupsiya əməllərində əli ola bilər.

Müxtəlif vaxtlarda araşdırmalara Bayden ailəsinin Ukrayna və Çin biznesləri ilə mümkün əlaqələri haqqında məlumatlar yayılıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə