Rus polisləri Rusiyadakı məscidlərə basqınlar edirlər...

Rus polisləri Rusiyadakı məscidlərə basqınlar edirlər...

Rusiyanın bir sıra şəhərlərində məscidlərdə cümə namazından sonra polislər çıxışları bağlayıb, dindarların sənədlərini yoxlayıblar.

SİA-nın əldə etdiyi məlumata görə, reydlər zamanı onlar Rusiya vətəndaşlığını yeni almış və hərbi qeydiyyatda olmayan kişiləri müəyyən ediblər.

Polis onlara yerindəcə çağırış vərəqələri verir və ya dərhal hərbi komissarlığa aparır.

Deyilənlərə görə, Rusiyada bir neçə aydır ki, miqrantlara qarşı reydlər davam edir. Bununla belə, miqrantların fikrincə, son vaxtlar polis reydləri Rusiya Federasiyasının “yeni vətəndaşlarını” müəyyən etməyə yönəlib.

Qeyd edək ki, sentyabrın 8-də Krasnodar şəhərində cümə namazından sonra yerli çevik qüvvə polisi məscidə basqın keçirib.

Bunu bildirən tacikstanlı miqrantın dediyinə görə, hər il onlarla Tacikistan vətəndaşı Rusiya vətəndaşlığı alır. Onların bir çoxu əmək patentinə pul ödəməmək və polis zorakılığından qaçmaq üçün Rusiya pasportuna ehtiyac duyduqlarını gizlətmirlər. Rusiya Daxili İşlər Nazirliyinin ölkədə miqrasiya vəziyyəti ilə bağlı statistikasına əsasən, bu ilin yanvar-iyun ayları ərzində 87 minə yaxın Tacikistan vətəndaşı Rusiya vətəndaşlığını qəbul edib ki, bu da bir il əvvəlkindən 13 min nəfər çoxdur.

Yeri gəlmişkən, hüquq müdafiəçilərinin Ukraynadakı müharibə şəraitində Rusiya vətəndaşlığını almaqdan imtina etmək çağırışlarına baxmayaraq, Rusiya pasportu sahibi olmaq istəyən Tacikistan vətəndaşlarının sayı artır.

...Hüquq müdafiəçiləri və ekspertlər Rusiyadakı vəziyyətin gözlənilməz olaraq qaldığını və Rusiya Federasiyasının bir çox “yeni vətəndaşlarının” tezliklə Ukraynada cəbhədə ola bcəklərinin xəbərdarlığını edirlər.

Amma nə faydası?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə