Serbiya və Kosovo liderləri Brüsseldə görüşəcəklər

Serbiya və Kosovo liderləri Brüsseldə görüşəcəklər

Sentyabrın 14-də Brüsseldə Serbiya Prezidenti Aleksandar Vuçiç və Kosovonun Baş naziri Albin Kurti arasında görüş keçiriləcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borelin ofisi məlumat yayıb. Bildirilir ki, görüş Aİ-nin Belqrad-Priştina dialoqu çərçivəsində baş tutacaq. Cozef Borel, həmçinin Aleksandar Vuçiç, Albin Kurti və Avropa İttifaqının Belqrad-Priştina dialoqu üzrə xüsusi nümayəndəsi Miroslav Layçak ilə təkbətək görüşlər keçirəcək.

Qeyd edək ki, Serbiya və Kosovo liderləri sonuncu dəfə Kosovonun şimalında artan gərginliyə görə Aİ-nin dəvəti ilə iyunun 22-də Brüsseldə görüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə