...ABŞ-ın keçmiş prezidenti Donald Trampla bağlı hazırkı vəziyyət siyasi səbəblərə görə təqibdir.
SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda çıxışı zamanı deyib.
Qeyd edək ki, Vladimir Putin ABŞ-da keçiriləcək seçkiləri də şərh edib.
Rusiya lideri Ağ Evin keçmiş rəhbəri ilə bağlı yaranmış vəziyyəti siyasi təqib adlandırıb.
Putin eyni zamanda, Amerika hakimiyyətinin bu cür hərəkətlərinin ölkənin daxili problemlərini ifşa etdiyini və Amerika siyasi sisteminin çürük olduğunu bir daha nümayiş etdirdiyini diqqətə çatdırıb.
Rusiya prezidentinə görə, Vaşinqtonun başqa ölkələrə demokratiyanı öyrədirmiş kimi davranmağa haqqı yoxdur.
“...Trampın mühakimə olunmasına gəlincə, bizim üçün bugünkü şəraitdə baş verənlər, mənim fikrimcə, yaxşıdır, çünki bu, başqalarına demokratiyanı öyrədə bilməyən Amerika siyasi sisteminin çürüklüyünü göstərir. Trampın başına gələn hər şey onun siyasi rəqibinin siyasi səbəblərə görə təqibidir”.
Maraqlıdır ki, bunu deyən Putin, Donald Trampın ABŞ prezidenti seçiləcəyi təqdirdə belə, Amerikanın Rusiyaya qarşı siyasətində hər hansı dəyişiklik gözləmədiyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB