Albin Kurti general-mayor Özkan Ulutaşı qəbul edib

Albin Kurti general-mayor Özkan Ulutaşı qəbul edib

Kosovo Baş naziri Albin Kurti oktyabr ayında NATO-nun Kosovo Sülh Qüvvələrinin (KFOR) komandanlığını bir il müddətinə təhvil alacaq general-mayor Özkan Ulutaşı və komandasını qəbul edib.

Baş nazir Albin Kurti rəsmi ''X'' internet səhifəsində etdiyi paylaşımda KFOR komandiri olacaq general-mayor Ulutaşı və komandasını şam yeməyində qonaq etməkdən və onlarla görüşməkdən məmnunluğunu ifadə edib.
SİA-nın əldə etdiyi məlumata görə, Türkiyə oktyabr ayında 1999-cu ildən bəri ilk dəfə Kosovoda xidmət edən sülhməramlı qüvvələrin komandanlığını öz üzərinə götürəcək. General-mayor Ulutaş 1 il KFOR komandiri vəzifəsini icra edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə