Avropa İttifaqı üç rusiyalı iş adamına qarşı əvvəllər tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlərin müddəti bu həftənin sonunda başa çatdıqdan sonra, onları uzatmayacaq.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə çərşənbə axşamı Reuters agentliyi iki diplomatik mənbəyə istinadən məlumat yayıb.
Qeyd edək ki, söhbət iş adamı Qriqori Berezkin, milyarder Fərhad Əhmədov və “Ozon” internet mağazasının keçmiş baş direktoru Aleksandr Şulqindən gedir. Ötən il dünyasını dəyişən rusiyalı hərbi lider, polkovnik Georgi Şuvayev də qara siyahıdan çıxarılacaq.
Onu da qeyd edək ki, Avropa Birliyinə hər altı aydan bir yenilənən sanksiyaların tətbiqi üçün bloka üzv olan 27 ölkənin hamısının razılığı lazımdır. Mövcud məhdudiyyətlərin müddəti sentyabrın 15-də başa çatır.
Yeri gəlmişkən, hazırda Avropa İttifaqının sanksiya siyahısında 1600-ə yaxın fiziki və 200-dən çox hüquqi şəxs var. Sanksiyalar 2014-cü ildən, Rusiyanın Krımı ilhaqından sonra tətbiq edilib və uzadılıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB