“O, artıq Anatoli Borisoviç deyil, Moşe İzraileviçdir...”

“O, artıq Anatoli Borisoviç deyil, Moşe İzraileviçdir...”

...Əvvəla qeyd edək ki, Anatoli Çubays adı tez-tez özəlləşdirmə ilə hallanan ən məşhur demokratik siyasətçilərdən biri kimi təqdim edilir. O, əmək fəaliyyətinə 80-ci illərin əvvəllərində başlayıb, 90-cı illərdən hökumət və dövlət qurumlarında əsas vəzifələrdə çalışıb. Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra Anatoli Borisoviç Rusiya ərazisini ilk tərk edənlərdən biri olub.

Təbii ki, Rusiya prezidenti Vladimir Putin Anatoli Çubaysın hazırkı fəaliyyətinə nəzarət etmir. Lakin Putinə məlumat verilir ki, Çubaysın Rusiyaya dost olmayan ölkələrdə görüntüləndiyi barədə danoslar verilməkdədir.

Deyilənə görə, Anatoli Borisoviç vətəndaşlığı ilə yanaşı, hətta adını da dəyişdi. Bu, Putini təəccübləndirib.

“Bu, ona niyə lazımdır... Yaxşı, bu, bir növ cəfəngiyatdır, mənə internetdən bir fotoşəkil göstərdilər, orada o, artıq Anatoli Borisoviç Çubays deyil, Moşe İzraileviçdir ... O, niyə belə edir, niyə qaçdı? Bəlkə bu onunla bağlıdır ki, onun uzun illər rəhbərlik etdiyi strukturda mürəkkəb proseslər gedir və orada böyük bir dəlik, belə böyük maliyyə dəliyi var...”

Putin deyib bunu.

İstintaq orqanlarında uzun illər Çubaysın rəhbərlik etdiyi “Rusnano” şirkəti ilə bağlı böyük suallar “ortaya çıxıb”. Amma siyasətçi xaricdə olduğundan və vətəninə qayıtmağa tələsmədiyindən onu dindirmək mümkün deyil.

Yeri gəlmişkən, Rusiyada keçmiş siyasətçinin dəbdəbəli daşınmaz əmlakı və külli miqdarda pul dəyərində aktivlər qalıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə