"Ölkəyə daxil olan ruslardan avtomobillər müsadirə edilməyəcək"
Finlandiya hakimiyyəti Avropa Komissiyasının Rusiya Federasiyasından Avropa İttifaqına idxalı qadağan edilən əşyalarla bağlı açıqlamalarına baxmayaraq, ölkəyə daxil olan rusların əmlakını müsadirə etməkdən imtina edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Finlandiyanın “Yl” televiziya və radio kanalı Finlandiya Xarici İşlər Nazirliyinin sanksiyalar departamentinin rəhbəri Pia Sarivaara istinadən yayıb.
Onun sözlərinə görə, mətbuatda avtomobillərin müsadirə olunması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.
Finlandiya Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, hakimiyyətin qərarı dəyişərsə, o, əvvəlcədən məlumat verəcək.
Avropa Komissiyasının nümayəndəsi Daniel Şeridan Ferri dünən, “...avtomobillər kimi bahalı əşyalar istisna olmaqla, Avropa İttifaqına daxil olan ruslardan şəxsi əşyalar müsadirə edilə bilməz”-deyə bildirib.
Xatırladaq ki, ötən cümə, sentyabrın 8-də Avropa Komissiyası, Rusiya vətəndaşlarının Rusiya nömrəli avtomobillərlə Avropa İttifaqına daxil ola bilməyəcəklərinin xəbərdarlığını etmişdi.
Avropa Komissiyasının dəqiqləşdirmələrindən sonra Rusiya səfirliyi vətəndaşlara Finlandiyaya Rusiya nömrəli avtomobillərlə getməməyi tövsiyə edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB