Putindən gözlənilən F-16 mesajı

Şimali Koreya lideri Kim Çen In ilə tarixi görüşə hazırlaşan Rusiya prezidenti Vladimir Putin vaxtından əvvəl təyin olunduğu ünvan olan Vladivostokda keçirilən Dünya İqtisadi Forumunda kürsüyə çıxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Vladimir Putinin gündəmində ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı açılan məhkəmədən tutmuş Cənubi Asiyada hakimiyyət mübarizəsinə, enerji təhlükəsizliyindən Rusiya iqtisadiyyatına qədər bir çox mövzular yer alıb. Bununla belə, Rusiya liderinin xüsusilə Ukrayna ilə bağlı mesajları diqqət çəkib.

Rusiya lideri verdiyi açıqlamalarda ordunun hazırda səfərbər olduğunu qeyd edib. Son 7 ayda 270 min insanın könüllü olaraq orduya qoşulduğunu bildirən Putin, Müdafiə Nazirliyi ilə hər gün 1500-2000 nəfərin müqavilə bağladığını da əlavə edib.

Rusiya lideri, Ukraynanın bir müddətdir ABŞ-dan almağa çalışdığı, lakin pilotların təlim keçməsi səbəbindən təxirə salınan F-16-ların təhvil verilməsinə də toxunaraq, F-16-ları təslim edəcəklərini deyib. Bunun isə sadəcə münaqişəni uzadacağını deyib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə