Moskva ətrafında yeni HHM sistemləri yerləşdirilib

Moskva ətrafında yeni HHM sistemləri yerləşdirilib

Ukrayna ordusunun Rusiyaya dron hücumlarından sonra Moskva ətrafında yeni hava hücumundan müdafiə (HHM) sistemləri yerləşdirilib.

SİA xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin məlumatında qeyd olunub.

Qeyd olunub ki, bu ayın əvvəlində Rusiyanın "Pantsir-S1" (NATO kod adı SA-22 ) HHM sistemlərinin Moskva ətrafındakı hündürmərtəbəli binalara yerləşdirilib, ötən ilin sonunda Engels və Ryazandakı hava bazalarına edilən hava hücumlarından sonra orada müdafiə sistemləri qurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə