Hava limanına çatmamış məcburi eniş edən nəhəng A320 model təyyarə Sibirdə əkin sahəsinə eniş edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisənin səbəbi yanacaq problemi ilə əlaqələndirilib.
Nəhəng A320 model təyyarənin Soçidən Omska uçduğunu, lakin Omska yaxınlaşdıqda təyyarənin hava limanına enə bilməyəcəyi bildirilib. Novosibirsk vilayətinin qubernatoru "Teleqram" kanalında Ural Hava Yollarına məxsus təyyarənin təcili eniş etdiyini yazıb. O, təyyarənin hidravlik nasazlıqlar səbəbindən hava limanına enə bilməyəcəyini qeyd edib, eyni zamanda pilotların əyləc nasazlığı səbəbindən marşrutu dəyişdiyini deyib.
Digər tərəfdən səlahiyyətlilər tərəfindən verilən açıqlamada iki pilotun quruya uğurla eniş etdiyi və yüksək təzyiqli bir nəfərdən başqa sərnişinlərin heç birində problem olmadığı qeyd edilib. Göyərtəsində cəmi 159 sərnişin və 6 ekipaj üzvü olan təyyarə ilə bağlı Ural Hava Yolları enişin yaxşı keçdiyini və xəsarət alanın olmadığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB