Yaponiyanın şimalındakı Hokkaydo prefekturasında güclü yağışlar nəticəsində ən azı 11 700 ev elektrik enerjisindən məhrum olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bundan əlavə, prefekturanın bir neçə bölgəsində dəmir yolu nəqliyyatının hərəkətində fasilələr yaranıb. 30-a yaxın müxtəlif tikililəri su basması faktı qeydə alınıb. Hokkaydo yerli hökumət nümayəndələri bərpa işlərini həyata keçirmək üçün xilasetmə qrupları göndərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB