Priqojinin ailəsində miras davası

Ötən həftə təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan rusiyalı muzdlu “Vaqner” qrupunun lideri Yevgeni Priqojinin övladları arasında miras davası başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bir oğlu və iki qızı olan Priqojinin varisləri mirasın bölüşdürülməsi ilə bağlı razılığa gələ bilməyiblər. İddialara görə, Priqojin sərvətinin çox hissəsini oğluna qoyub, qızlarına isə daha az pay verib.

"Vaqner" və daha üç şirkətlə yanaşı, iaşə biznesinin də qurucusu olan Priqojinin öldüyü zaman 1 milyard dollar sərvəti olub.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə