Kamçatka sahilində güclü zəlzələ olub

Kamçatka sahilində güclü zəlzələ olub

Rusiyanın Kamçatka diyarının Berinq adasının sahilində 6,1 maqnitudalı zəlzələ olub. SİA xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb. “Zəlzələnin maqnitudası – 6,1”, - məlumatda qeyd olunub.

Bildirilib ki, seysmoloji hadisənin episentri adadakı Nikolskoye kəndindən 40 km aralıda, Sakit okeanda olub. 2023-cü ilin məlumatına görə, adanın əhalisi 624 nəfərdir. "Kamçatka-Inform"un məlumatına görə, təbiət hadisəsi kənddə hiss olunub: sakinlər güclü silkələnmədən evlərini tərk etməli olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə