Liviyada ölənlərin sayı 2 min nəfəri ötüb

Liviyada ölənlərin sayı 2 min nəfəri ötüb

Liviyada "Daniel" qasırğasının yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 2 min nəfəri ötüb, 5 mindən çox adam itkin düşüb. SİA xəbər verir ki, bu barədə Liviya DİN məlumat yayıb.

Xatırladaq ki, sentyabrın 10-da Liviyanın şimal-şərqini vuran "Daniel" siklonu sahilyanı şəhərlərə güclü küləklər, leysan və tufanlar gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə