Polşa 486 HİMARS sistemi alır

Polşa Amerika Birləşmiş Ştatlarından 486 ədəd HIMARS reaktiv yaylım atəşi sistemləri alır. Hökumət artıq müvafiq sazişi təsdiqləyib. SİA-nın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu Polşanın müdafiə naziri Mariuş Blaşçak deyib.

Onun sözlərinə görə, ABŞ sözügedən silahın tədarükünə 2025-ci ilin sonunda başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə