Yunanıstanda 6 nəfər ölüb

Yunanıstanın paytaxtı Afinanın yaxınlığında yerləşən Artemida şəhərində atışma baş verib. SİA xəbər verir ki, bu haqda “Kathimerini” nəşri məlumat yayıb.

Hadisə zamanı 6 nəfərin öldüyü bildirilir.

Nəşrin məlumatına görə, naməlum şəxs və ya bir qrup şəxs alman nömrəli avtomobilə atəş açıb. Ölənlərdən 5-i avtomobildə, digəri isə küçədə olub.

“Associated Press”in məlumatına görə, hücum cinayətkar qruplar arasında münaqişələrlə bağlı ola bilər.

Polisin hadisə ilə bağlı araşdırma apardığı qeyd edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə