Novosibirsk vilayətində üç yeniyetmə “Su-24” bombardmançı təyyarəsini yandırmaqda günahlandırılıb. SİA-nın əldə etdiyi məlumata görə, “Doxa” nəşri bu barədə Rusiya Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Qeyd edək ki, şöbədə şübhəlilərin adları açıqlanmayıb. Amma mediada söhbət 18 yaşlı Kirill Veselov və daha iki azyaşlı Pavel S. və Saveliya R.-dan getdiyini göstərilir.
Qeyd edilir ki, onlar əvvəllər, yəni mayın ortalarında da Novosibirskdəki relay kabinetinin yandırılması ilə bağlı istintaq təcridxanasına göndərilmişdilər.
Xatırladaq ki, mayın 9-da Novosibirskdəki təyyarə zavodunun ərazisində “Su-24” hərbi təyyarəsinin yandırılması barədə Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşən “Rusiya Azadlığı” legionu məlumat yaymışdı.
...Amma sonradan “Baza” telegram kanalı, rus səlahiyyətlilərinə istinadən guya bomba yüklü təyyarəyə ciddi ziyan dəymədiyi barədə xəbər yaymışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB