Dubovoyu maşın vurub öldürüb, yoxsa...

Dubovoyu maşın vurub öldürüb, yoxsa...

Rusiyanın nəzarətində olan Donetskdə qondarma “DXR” separatçılarının tanınmış nümayəndələrindən biri Gennadi Dubovoy ölüb.

SİA-nın əldə etdiyi məlumata görə, onu maşın vurub öldürüb.

Dubovoyun ölümü ilə bağlı Rusiya və Ukrayna mətbuatı xəbər verir. Qeyd edək ki, Rusiya mənbələri Dubovoyu hərbi müxbir adlandırır.

Xatırladaq ki, o, Ukraynadakı müharibəyə həsr olunmuş teleqram kanalını idarə edirdi və əvvəllər Rusiyanın dəstəklədiyi separatçı "Qolos Naroda" - "Qolos Respubliki" qəzetinin baş redaktoru olub.

Deyilənlərə görə, Dubovoy "Motorola" kimi tanınan İqor Strelkov (Girkin) və Arseni Pavlovun rəhbərlik etdiyi bölmələrdə döyüşüb.

2022-ci ildə Rusiyanın Ukraynaya geniş miqyaslı işğalını dəstəkləyib.

Yeri gəlmişkən, hələlik Dubovoyun ölümünün sui-qəsd nəticəsində ola biləcəyinə dair heç bir işarə yoxdur.

Maraqlıdır ki, “DNR”, “LNR” və ya Rusiyanın nəzarətində olan Ukrayna ərazilərində rəsmi olaraq qeyri-müəyyən şəraitdə son illərdə bir çox səhra komandirləri və digər tanınmış rusiyayönlü şəxslər ölməkdədirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə