Şimali Koreya başçısının Rusiya səfəri

Cənubi Koreyanın “Yonhap” informasiya agentliyi Kim Çen İnın olduğu qatarın artıq yola düşdüyü yazılıb
Şimali Koreya başçısının Rusiya səfəri

Şimali Koreya dövlət başçısı Kim Çen İnin rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə Rusiyaya gedəcəyi açıqlanıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, K.Ç.İn tezliklə Rusiyaya səfər edəcək və V.Putinlə görüşəcək. Xəbərdə səfərin yer və saatı paylaşılmayıb.

Cənubi Koreyanın “Yonhap” informasiya agentliyi isə Kim Çen İnın olduğu qatarın artıq yola düşdüyü yazılıb.

Xüsusi zirehli qatarla səyahətinin təxminən 20 saat çəkəcəyi gözlənilən Kim Vladivostokda keçiriləcək Şərq İqtisadi Forumuna qatılacaq.

Qeyd edək ki, Kim Çen İn Şimali Koreyanın sabiq başçısı, atası Kim Çen İrin təyyarə xofu səbəbindən 17 illik fəaliyyəti dövründə həmişə qatarla səyahət edir. Amma onu da bildirək ki, Çin və Rusiyaya qatarla səyahət edən ata Kim 2011-ci ildə qatarda səfərdə ikən infarkt keçirərək ölüb.

“The New York Times” Şimali Koreya başçısının Rusiyaya səfərindən yazıb və Kimin Putinlə görüşünün “Ukraynadakı müharibədə rəsmi Moskvanın daha çox silahla təmin edilməsi imkanları və müxtəlif sahələrdə hərbi əməkdaşlığı müzakirə etmək üçün” olduğundan yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə