Yamal-Nenets Muxtar Dairəsi sakini bir gecədə iki nəfəri öldürüb və bir qadını zorlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Rusiya Federasiyası İstintaq Komitəsi regional idarəsinin mətbuat xidməti bildirib.
İstintaqın məlumatına görə, Purovski rayonundakı Xalyato gölünün sahilində yerləşən yaşayış binasında üç kişi və bir qadından ibarət kampaniya spirtli içki qəbul edib. Gecə onlardan biri baltanı götürərək dostlarını baltalayaraq öldürüb, sonra qadını zorlayıb. Daha sonra o, ölənlərdən birinə məxsus qayıqla qaçmağa çalışsa da, saxlanılıb.
Cinayətkarın Yamal-Nenets Muxtar Dairəsindəki Tarko-Sale şəhərinin 31 yaşlı sakini olduğu üzə çıxıb. Ona qarşı ittiham irəli sürülüb. Sonradan təqsirləndirilən şəxsin əvvəllər də ağır cinayət törətməkdə ittiham olunduğu məlum olub.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB