Qazaxlar "DXR" ərazisində çıxış edən Musaqəliyevin Astana və Almatıdakı konsertlərinin ləğvini istəyirlər
Qazaxlar tələb edirlər...

Rusiyalı komediya ustası və etnik qazax Əzəmət Musaqəliyev və onun həmkarı Denis Doroxov Donetsk vilayətinin Rusiya tərəfindən işğal olunmuş hissəsindəki Saur-Mogila memorialında konsert proqramı ilə çıxış ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, buna görə hazırda Qazaxıstanda Musaqəliyevin Astana və Almatıdakı gözlənilən konsertlərinin ləğvini tələb edilir.

Qeyd edək ki, Ukraynada döyüşən rus əsgərləri ilə görüşüb söhbət etdiklərini deyən Doroxov, rusiyalı döyüşçülərin ona “səmimi insanlar” kimi göründüklərini bəyan edib.

Musaqəliyev öz növbəsində ilhaq edilmiş Donetsk vilayətinin sakinlərinə başlarının üstündə dinc səma, sağlamlıq və yaxınlarının təbəssümünü arzulayıb.

Onu da qeyd edək ki, Musaqəliyev bu əməlinə görə, Ukraynanın “Sülhməramlı” bazasına salınaraq sənətçi “rus-faşist işğalçılarının və terrorçularının şəriki” adlandırılıb.

Yeri gəlmişkən, Əzəmət Musaqəliyev Həştərxan vilayətində anadan olmuş rus komediya ustasıdır. Bununla belə, o, etnik qazaxdır, ona görə də onun karyerası Qazaxıstanda diqqətlə izlənir.

Xatırladaq ki, Qazaxıstanda əhalinin yalnız kiçik bir hissəsi Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyir. Buna baxmayaraq, Musaqəliyevin başçılıq etdiyi “Kamyzyaki” KVN komandasının üzvlərinin abunəçiləri “DXR” adlanan əraziyə səfərlərini mənfi qarşılayıblar.

Bir çoxları isə şoumenləri “satılmış” adlandırıb.

Beləliklə, Qazaxıstandan olan sosial şəbəkə istifadəçiləri “Kamızyakov” komandasının oktyabrın əvvəlinə planlaşdırdığı Astana və Almatı konsertlərinin ləğvini tələb edirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə