Xüsusi hərbi əməliyyat iştirakçılarına hərbi pensiya üçün 100 faiz kompensasiya verilir
Putin sərəncam imzalayıb

Müqavilə üzrə Ukraynada səfərbər və hərbi xidmətdə olanlar hər ay hərbi pensiyalarına görə yüz faiz kompensasiya alacaqlar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb.

Qeyd edək ki, sənəd hüquqi informasiyanın rəsmi internet portalında yerləşdirilib.

Mətndən belə çıxır ki, Ukraynada xüsusi əməliyyat zamanı müqavilə bağlamış və səfərbər edilmiş hərbi pensiyaçılara aylıq kompensasiya ödənişi uzun müddətli xidmət pensiyası məbləğində müəyyən ediləcək.

Yeri gəlmişkən, bu, Daxili İşlər Nazirliyinin, Milli Qvardiyanın, narkotiklərə nəzarət orqanlarının, penitensiar sistemin və yanğınsöndürmə xidmətinin keçmiş əməkdaşlarına da şamil ediləcək.

Rusiya hökumətinə aylıq ödənişlərin həyata keçirilməsi qaydasını müəyyən etmək və xərclərin maliyyələşdirilməsini təmin etmək tapşırılıb.

Fərman imzalandığı andan qüvvəyə minib.

Onu da qeyd edək ki, Rusiyada döyüş veteranı statusu Ukraynada keçirilən xüsusi əməliyyatın bütün iştirakçılarına verilir. Onlar aylıq təxminən 3,5 min rubl nağd ödəniş, 50 faiz məbləğində yaşayış binalarının kirayəsi və saxlanması üçün kompensasiya, əmlak vergisini ödəməmək hüququna malikdirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə