Sankt-Peterburqda 248 nəfər var “Green Box” qidasından zəhərlənib

Sankt-Peterburqda 248 nəfər var “Green Box” qidasından zəhərlənib

...Sankt-Peterburqda “Green Box” məhsulları ilə zəhərlənmə hallarının sayı artıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, artıq ikisi uşaq olmaqla 248 nəfər zəhərlənib.

Xatırladaq ki, bundan əvvəl 171 nəfərin zəhərləndiyi bildirilirdi. Qeyd olunub ki, Sankt-Peterburqda xəstəxanalarda 2-si uşaq olmaqla 99 nəfər qalır.

Bütün qurbanlar “Samokat” çatdırılma xidməti vasitəsilə “Green Box” şirkətinin istehsal etdiyi yeməkləri sifariş ediblər.

Laborator müayinələrin nəticələrinə görə 8 xəstədə salmonella aşkar edilib. Eyni bakteriya “Green Box” SC-nin məhsullarında da aşkar edilib.

Müəyyən edilib ki, müəssisə məhsulların düzgün saxlanmaması və satışını həyata keçirilib. Bununla yanaşı, yeməklərin hazırlanması texnologiyasının pozulması da müəyyən edilib.

Eyni zamanda, şirkətin işçiləri tibbi müayinədən keçməyiblər.

Şirkətə qarşı sentyabrın 8-dən fəaliyyətə müvəqqəti qadağa qoyulması ilə bağlı protokol tərtib edilib. Eyni zamanda, çatdırılma xidməti saxlama və daşıma şəraiti ilə bağlı daxili araşdırmaya başladılıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə