Qanunsuz seçkilərin təşkilində əli olanlar...

Avropa İttifaqı Krımda və Rusiyanın yeni bölgələrində keçirilən seçkilərin nəticələrini tanımayıb
Qanunsuz seçkilərin təşkilində əli olanlar...

Avropa İttifaqı Krımda və Rusiyanın yeni ərazilərində “seçkilərin keçirilməsi faktını və onların nəticələrini tanımır və tanımayacaq”.

SİA RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Xosep Borrell deyib.

O, həmçinin xəbərdarlıq edib ki, Rusiyanın siyasi rəhbərliyi və seçkilərin təşkilində “əli olanlar bu qanunsuz hərəkətlərin nəticələri ilə” üzləşəcəklər.

Qeyd edək ki, bunları deyən Borrell onun təfərrüatlarını açıqlamayıb.

Xatırladaq ki, Rusiyada Vahid Səsvermə Günü sentyabrın 10-da başa çatıb. Qanunvericilik məclisləri də daxil olmaqla, 85 təsisat subyektində müxtəlif səviyyələrdə seçkilər keçirilib.

26 regionda rəhbərlər - 21-də birbaşa səsvermə yolu ilə, daha 5-də parlamentdə səsvermə yolu ilə seçilib. Dövlət Dumasına təkrar seçkilər də baş tutub.

Təbii ki, ekspertlər ötən kampaniyaya qiymətlərini veriblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə