Ərdoğan ilə Paşinyan arasında telefon danışığı olub

Ərdoğan ilə Paşinyan arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

SİA-nın əldə etdiyi məlumata görə, Türkiyə-Ermənistan münasibətlərinin və regional məsələlərin müzakirə edildiyi telefon danışığında, həmçinin bölgədə davamlı sülh və sabitliyin bərqərar olmasının bütün region ölkələrinin inkişafı və rifahına töhfə verəcəyi vurğulanıb. Bu istiqamətdə diplomatik səylərin davam etdiriləcəyi qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə