“Serhat Serhildan” kod adlı Muhtesim Akyürek zərərsizləşdirildi

“Serhat Serhildan” kod adlı Muhtesim Akyürek zərərsizləşdirildi

Separatçı terror təşkilatı PKK/YPG-nin qondarma “hərbi təlim məsulu” Muhtesim Akyürek Suriyanın şimalında zərərsizləşdirilib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) xüsusilə Suriya sərhədində Türkiyə hərbi qüvvələrinə hücum və hərəkətlər planlaşdırmaq üçün təlim verən təşkilat başçılarına qarşı mübarizəni gücləndirib.

PKK/YPG son vaxtlar təlim fəaliyyətlərinə diqqət yetirərək itirilmiş adamların yerinə yeni kadrlar yetişdirməyə başlayıb. Bu çərçivədə MİT Suriyanın şimalındakı Amude şəhərində qondarma “hərbi təlim məsulu” “Serhat Serhildan” kod adlı Muhtesim Akyüreki izləyirdi.

PKK/YPG Suriya ərazisindən kadrlarına metropoliyalarda hərəkətə keçmək üçün təlimlər keçirdi.

Sahə agentlərinə verilən göstərişlər nəticəsində MİT uğurlu əməliyyatla “Serhat Serhildan” kod Muhtesim Akyüreki zərərsizləşdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə