Qərb ölkələrindən ukraynalılara yardımın azaldılması hərbi əməliyyatları uzadacaq və Avropadakı ukraynalı qaçqınların gözlənilməz reaksiyasına səbəb olacaq.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Ukrayna prezidenti Vladimir Zelenski bunu “The Economist”ə müsahibəsində deyib.
Onun sözlərinə görə, ukraynalılar özlərini yaxşı aparıblar və onlara sığınan ölkələrə çox minnətdardırlar. Bununla belə, yardımın kəsilməsi Qərb üçün öz həyətində risklər yaradar.
Zelenskinin dediyinə görə, Avropa ölkələrindəki milyonlarla ukraynalı qaçqının “ölkələrinin tərk edilməsinə necə reaksiya verəcəyini” proqnozlaşdırmaq mümkün deyil.
“...Bu insanları küncə sıxışdırarsa bunun Avropa üçün yaxşı sonu olmayacaq”.
Bunu da ukraynalı prezident bəyan edib.
Xatırladaq ki, bir müddət bundan əvvəl Polşada ölkənin ən böyük ukraynalı qaçqınlara dəstək mərkəzinin bağlandığı bildirilmişdi.
Belə ki, sonradan orada müvəqqəti sığınacaq tapan ukraynalıların bir çoxu vətənə qayıtmalı oldu.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB