Kreml Şimali Koreya liderinin Rusiyaya səfər edəcəyini təsdiqləyib

Kreml Şimali Koreya liderinin Rusiyaya səfər edəcəyini təsdiqləyib

Kreml Şimali Koreya lideri Kim Çen Inın Rusiyaya səfər edəcəyini təsdiqləyib.

SİA Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Kim Çen In yaxın günlərdə Rusiya Federasiyasına rəsmi səfər edəcək.

Qeyd edək ki, daha əvvəl Qərb mətbuatı Şimali Koreya liderinin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forum çərçivəsində Putinlə görüşəcəyini yazmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə