Kilauea vulkanı 96 gündən sonra yenidən aktivləşib

Kilauea vulkanı 96 gündən sonra yenidən aktivləşib

ABŞ-ın Havay ştatındakı Kilauea vulkanının 96 gündən sonra yenidən aktivləşdiyi bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına görə, yerli vaxtla saat 03.15 radələrində Havay Vulkanları Milli Parkında yerləşən Kilauea vulkanının zirvə kraterində partlayış baş verib.

Parkın yaxınlığında yaşayanları partlayış nəticəsində havaya yayılan vulkanik hissəciklərdən qorunmağa çağırış edilib. Səlahiyyətlilər, sözügedən vulkanik fəaliyyətlərin park daxilində məhdudlaşdırıldığı barədə məlumat paylaşıblar.

Qeyd edək ki, dünyanın ən aktiv vulkanlarından biri olan Kilauea 1983-cü ildən püskürməyə başlayıb. Kilauea vulkanının zirvə kraterində iyunun 7-də püskürmə baş verib və onun fəaliyyəti iyunun 21-də dayandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə