Putinlə Şimali Koreya liderinin nə vaxt görüşə biləcəyi açıqlanıb
Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In arasında görüş sentyabrın 13-də baş tuta bilər.
SİA-nın məlumatına görə, bu barədə Bloomberg məlumat yayıb.
Agentlik Cənubi Koreya televiziyasına istinadən xəbər verir ki, Kim Çen In artıq qatarla Rusiyaya gedib və dövlət başçılarının görüşü sentyabrın 13-də keçirilə bilər.
Qeyd edək ki, rəsmi Moskva hələ də Putinin KXDR lideri ilə görüşəcəyini təsdiqləməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB