Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan 2023-2024-cü tədris ilinin tələbələr, müəllimlər və valideynlər üçün xeyirli olmasını arzulayıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Ərdoğan X sosial media platformasında paylaşım edib.
Ərdoğan paylaşımında bunları deyib: “Ümid edirəm ki, 2023-2024-cü tədris ili tələbələrimiz, müəllimlərimiz və valideynlərimiz üçün xeyirli olacaq. Bu gün məktəb həsrəti sinif zəngi ilə bitən bütün uşaqlarımızın gözlərindən öpür və onlara böyük uğurlar arzulayıram”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB