Britaniya kralı Kim Çen Inı təbrik etdi

Britaniya kralı Kim Çen Inı təbrik etdi

Böyük Britaniya kralı III Çarlz və Əlcəzair Prezidenti Əbdülməcid Tebbun Şimali Koreya lideri Kim Çen Ina ölkəsinin yaranması günü münasibətilə təbrik ünvanlayıb. SİA xəbər verir ki, bu barədə məlumatı Koreya Mərkəzi Xəbər Agentliyi yayıb.

III Çarlz sentyabrın 9-da təbrik göndərərək, KXDR xalqına “parlaq gələcək” arzularını ifadə edib.

Əlcəzair Prezidenti Kim Çen Ina cansağlığı və “dost KXDR xalqına” firavanlıq və tərəqqi arzulayıb. O, həmçinin ümumi maraq doğuran məsələlər üzrə məsləhətləşmələri intensivləşdirməyə və iki ölkə arasında “tarixi dostluq münasibətlərini” möhkəmləndirməyə hazır olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə