Türkiyədə yenidən meşə yanğını baş verib

Türkiyədə yenidən meşə yanğını baş verib

Türkiyənin Çanaqqala vilayətində yanğın baş verib. SİA-nın məlumatına görə, yanğın Gelibolu rayonunda əkinçilik sahəsində baş verib. Daha sonra yanğın 18-ci Mexanikləşdirilmiş Piyada Briqadasının komandanlığının ərazisindəki meşəlik əraziyə keçib.

Yanğınların söndürülməsi üçün 3 helikopter və iki yanğınsöndürən təyyarə cəlb olunub. Yanğın qismən nəzarət altına alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə