Madaqaskar prezidenti istefa verib

Madaqaskar Respublikasının Prezidenti Andri Rajoelina noyabrın 9-da ölkədə keçiriləcək prezident seçkilərində namizəd kimi rəsmən təsdiqləndikdən sonra istefa verib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ölkənin Konstitusiya Məhkəməsi məlumat yayıb.

Madaqaskar konstitusiyası tələb edir ki, prezidentliyə namizəd olmaq istəyən hazırkı dövlət başçısı əvvəlcə istefa verməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə