Medvedev ABŞ-a xəbərdarlıq edib

...11 sentyabra bənzər növbəti hücum riski var. SİA-nın əldə etdiyi məlumata görə, bunu ABŞ-da baş verən faciəli hadisələrin 22-ci ildönümü ərəfəsində Telegram-da yazı dərc edən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

Medvedevin fikrincə, Qərbdə, xüsusən də ABŞ-da dünya düzəninə hakim baxışlar yeni faciəyə səbəb ola bilər.

O, həmçinin Qərbin Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyaları və Rusiyaya qarşı çıxan dövlətlərə silah tədarükünü xatırladıb.

Və ABŞ-ın bunun doğru olduğuna inanmasının iyirmi ildən çox əvvəl Nyu-York və Vaşinqtonda baş vermiş hadisələrin təkrarlanmasına səbəb ola biləcəyini vurğulayıb.

...Eyni zamanda, atom və ya bioloji komponentlə yeni hücum həyata keçirilə bilər.

Bunu da Medvedev istisna etməyib.

Xatırladaq ki, ki, 2001-ci il sentyabrın 11-də baş vermiş terror aktı qurbanlarının sayına görə dünya tarixində ən böyük terror aktı olub və bu tarixin özü də ABŞ və bütövlükdə dünya tarixində ən faciəli günlərdən biri olub.

Bir daha xatırladaq ki, o vaxtkı hücumlar nəticəsində əksəriyyəti mülki şəxslərdən ibarət olan 2977 nəfər həlak olub, daha 24 nəfər itkin düşmüşdü.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə