Macarıstanda aviaşou zamanı təyyarə qəzaya uğrayıb

Macarıstanda aviaşou zamanı təyyarə qəzaya uğrayıb

Macarıstanda aviaşou zamanı idman-təlim təyyarəsi qəzaya uğrayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə "MTI" xəbər agentliyi məlumat yayıb.

Hadisə Sekeşfehervar şəhərində qeydə alınıb.

Təyyarə avtomobil dayanacağının yaxınlığında yerə düşüb və partlayıb. Avtomobillərdən biri yanıb.

Qəzada nəticəsində 2 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faciəli insidentdən sonra hava şousu ləğv edilib.

Qəzanın səbəbi hələlik məlum deyil, araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə