Rumıniya Xarici İşlər Nazirliyindən Rusiyaya etiraz

Rumıniya Xarici İşlər Nazirliyindən Rusiyaya etiraz

Rumıniya Rusiyanın Buxarestdəki diplomatik missiyasının rəhbərinə Rusiya hərbçilərinin Dunaydakı Ukrayna limanlarına hücum etdiyi pilotsuz təyyarələrin detallarının Rumıniya ərazisinə düşməsi ilə bağlı etiraz edib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Reuters” Rumıniya mətbuatına istinadən məlumat yayıb.

Qeyd edək ki, bir gün əvvəl NATO üzvü olan Rumıniyada bir həftə ərzində ikinci dəfə Rusiya pilotsuz təyyarəsinin qalıqları aşkar edilib. Onlar Ukrayna ilə sərhəddə yerləşən Plauru kəndi yaxınlığında tapılıb.

Rumıniya Xarici İşlər Nazirliyinin bəyanatına görə, strateji məsələlər üzrə dövlət katibi Yulian Fota Rumıniya hava məkanının pozulması ilə bağlı Rumıniya tərəfinin Rusiyanın Rumıniyadakı müvəqqəti işlər vəkili Yelena Kopninaya etirazını bildirib.

Onu da qeyd edək ki, Kopnina TASS-a Rumıniya tərəfinin təyyarənin qalıqlarının əslində Rusiya pilotsuz təyyarəsinə məxsus olduğuna dair “konkret sübut” təqdim etmədiyini bildirib. Onun sözlərinə görə, tapılan fraqmentlər “Ukrayna hava hücumundan müdafiə qüvvələrinin zəif fəaliyyətinə dəlalət edir” və Rumıniya vətəndaşları üçün heş bir təhlükə yaratmır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə