Rusiya nömrəli avtomobilin Avropa İttifaqına girişi qadağandır..!

Avropa İttifaqı ölkələri rusların təkcə avtomobillərini deyil, həm də...
Rusiya nömrəli avtomobilin Avropa İttifaqına girişi qadağandır..!

Avropa Komissiyası Rusiyaya münasibətdə sanksiya qanunvericiliyinin şərhini təsdiqləyib. Beləlilə, Rusiyada qeydiyyatdan keçmiş avtomobillərlə Avropa İttifaqı ölkələrinə giriş qadağan olunmuş idxal kimi qiymətləndirilə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, Avropa Komissiyasının müvafiq sənədinə - 8 sentyabr tarixinə sanksiyaların tətbiqinə dair izahata keçidi ilk dəfə RBC dərc edib.

Qeyd edək ki, bundan əvvəl Rusiya vətəndaşlarının Rusiyada qeydiyyatda olan avtomobillərin Almaniyada gömrükdə saxlanılması ilə bağlı bir neçə fakt barədə məlumat yayılmışdı.

Amma, digər Avropa İttifaqı ölkələrində belə hallar qeydə alınmayıb və Almaniyada yalnız bir neçə oxşar hal məlum olub.

Bununla belə, Avropa Komissiyasının dəqiqləşdirməsindən belə çıxır ki, mövcud sanksiyalar rejiminə əsasən, Rusiyada qeydiyyatdan keçmiş avtomobillərin Avropa İttifaqına daxil olması həqiqətən də qadağan olunmuş idxal hesab edilə bilər.

Qeyd edək ki, bu yaxınlarda Rusiyadan Avropa İttifaqına idxalı qadağan edilən malların siyahısı verilib.

Maraqlıdır ki, Avropa İttifaqı ölkələrinin gömrük orqanları təkcə avtomobilləri deyil, rusların şəxsi əşyalarını da Avropa Birliyinə, o cümlədən Avropa İttifaqına buraxmaya bilər.

Onu da qeyd edək ki, bu siyahıya noutbuklar, smartfonlar, kameralar, kosmetika malları, çamadanlar və hətta tualet kağızları da daxildir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə