Voloqda yaxınlığında şəxsi helikopterin qəzaya uğraması nəticəsində bir nəfər həlak olub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə təcili yardım xidmətinə xəbər verilib.
Belə ki, Voje gölünün üzərində uçan “Robinsson” helikopteri manevr edərkən suya düşüb.
“İnterfaks” bunu fövqəladə hallar xidmətinin məlumatına istinadən bildirib.
Helikopterdə üç nəfər olub, onlardan biri dünyasını dəyişib. Qalanları xəstəxanaya yerləşdirilib.
“Mash” teleqram kanalının məlumatına görə, helikopter suyun üzərindən alçaqdan uçduğu üçün yerə düşüb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB