Rusiya təhlükəsizlik qüvvələrinin nümayəndələri tərəfindən Ukraynanın işğal olunmuş ərazilərində və ukraynalı məhbuslara qarşı işgəncə hallarının sənədləşdirilmiş sayı işgəncənin Rusiyanın Ukraynada apardığı sistemli siyasətin tərkib hissəsinə çevrildiyini göstərir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “The New York Times” xəbər verir ki, bunu BMT-nin işgəncələr üzrə xüsusi məruzəçisi Elis Jill Edvards bildirib.
Qeyd edək ki, yeddi günlük Ukraynaya səfər edən Edvards, səfərin nəticələrinə əsasən qeyd edib ki, Rusiya hərbçilərinin və digər təhlükəsizlik qüvvələrinin nümayəndələrinin işgəncələrini qəza və ya ayrı-ayrı hadisələr adlandırmaq olmaz.
BMT-nin xüsusi məruzəçisinin dediyinə görə, “...işgəncə elə təşkil olunub ki, məlumat və ya etiraf əldə etmək üçün dövlətin qorxutma eləcə də cəzalandırma siyasətinin bir hissəsinə şevrilib”.
O, əlavə edib ki, o, elektrik cərəyanı ilə işgəncə, döyülmə, istehza ilə edam, zorakılıqla hədələmə, uzun müddət bir vəziyyətdə qalmağa məcbur edilmə və digər işgəncə üsulları ilə bağlı sübutlar əldə edib ki, bunun da məqsədi başqa şeylərlə yanaşı, şəxsi alçaltmaqdır.
Edvards mülki şəxslərin dar otaqlarda və ya zirzəmilərdə saxlanmasına dair sübutların olduğunu söyləyib.
Rus əsirliyindən sağ çıxan bir neçə nəfər ona döyülmə və elektrik cərəyanından huşunu itirdiklərini, həmçinin işgəncə nəticəsində yaddaş itkisinə məruz qaldıqlarını bildiriblər.
Onu da qeyd edək ki, Edvards baş verənlərin Rusiya rəhbərliyi tərəfindən bəyənilən hərəkətlər kimi dəyərləndirib.
O, bildirib ki bir neçə dəfə Rusiya hakimiyyətinə müraciət edərək, təhlükəsizlik orqanlarının və hərbçilərin zorakılıq hallarına diqqət yetirməyi xahiş etsə də, rus səlahiyyətlilərindən cavab ala bilməyib.
Yeri gəlmişkən, şənbə günü Ukrayna Daxili İşlər Nazirliyi rus işğalından azad edilmiş Ukrayna ərazilərində Ukrayna vətəndaşlarının qeyri-insani şəraitdə saxlanıldığı, 80 həbsxana aşkar edildiyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB