Ruslar “T-80” tankının istehsalını bərpa etmək istəyirlər, amma...
Bu arada Rusiya ordusundakı tank çatışmamazlığını nəzərə alan konsern “T-80” tanklarının istehsalını bərpa etmək fikrinə düşüb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri əvvəllər bu tankı "istehsal edən" “Uralvaqonzavod”un baş direktoru Aleksandr Potapov verib.
Onun dediyinə görə, guya məsələni rusiyalı hərbçilər qaldırıblar.
Və indi məsələ hərbçilərlə, Sənaye və Ticarət Nazirliyi arasında müzakirə olunur. Çünki layihənin həyata keçirilməsi üçün yeni imkanlar tələb olunur(?).
Xatırladaq ki, tək qaz turbinli elektrik stansiyası olan “T-80” tankının ilk modelləri 19760-1978-ci illərdə SSRİ-də istehsal edilib.
Bundan əlavə, “T-80”-lər daxili ballistik reaktiv zirehlə dünyanın ilk əsas tanklarından birisayılırdı.
Onu da xatırladaq ki, 2019-cu ildən Rusiya ordusu “T-80BVM”-nin modernləşdirilmiş və təkmilləşdirilmiş versiyasından istifadə edir.
Və sonda maraqlı olan bir nüansı xatırladım. Belə ki, “Uralvaqonzavod”un baş direktoru Aleksandr Potapov “T-80” tanklarının istehsalında “layihənin həyata keçirilməsi üçün yeni imkanlar” deyəndə nəyi nəzərdə tutduğunu...haradasa başa düşmək olur.
Məsələ bundadır ki, Rusiyanın Omsk şəhərində yerləşən “Uralvaqonzavod”da istehsal olunan “T-80”-ların dizel mühərrikləri Xarkovdakı XZTM-də istehsal edilirdi.
Bəli, bəli bu gün rusların gülləbaran etdikləri Ukraynanın köhnə paytaxtı olan Xarkov şəhərində...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB