"Əks-hücumlarımız qışda da dayandırılmayacaq"

"Əks-hücumlarımız qışda da dayandırılmayacaq"

...Qış dövründə Ukrayna Silahlı Qüvvələrinin əks-hücumları dayandırılmayacaq. Döyüş tapşırıqlarını yerinə yetirmək çətinləşsə də, soyuq havalar başlayandan sonra belə davam edəcək.

SİA “Reuters”a istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib.

Budunovun dediyinə görə, döyüş bu və ya digər şəkildə davam edəcək. Soyuq, nəm və palçıqlı şəraitdə mübarizə aparmaq daha çətin olsa da, amma əks-hücumumuz davam edəcək.

Qeyd edək ki, Budanov bir neçə istiqamətdə davam edən əks-hücumun onun gözlədiyindən ləng getdiyini də etiraf edib. Ümumilikdə o, döyüş bölgəsindəki vəziyyəti çətin adlandırıb.

Xatırladaq ki, bir müddət bundan əvvəl Prezident Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin hücumunun ləng tempinin səbəbləri arasında silah çatışmazlığını, səmada Rusiyanın üstünlüyünü, tank tələlərini və minalanmış sahələri göstərmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə