Məcburi cinayətkarlığa sürüklənən Mərkəzi Asiyalı miqrantlar...
Bu gün Ukraynada Mərkəzi Asiyadan olan miqrantlar Rusiya tərəfində döyüşməkdə davam edirlər: bir qayda olaraq, bunların çoxu Rusiya həbsxanalarında mühakimə olunan və cəza çəkənlərdir. Lakin etiraf edilməlidir ki, könüllü olaraq orduya cəlb olunanlar da var.
...Məhkumları 6 aydan sonra azadlığa çıxmaq imkanı, könüllü olaraq hərbi xidmətə gedənləri isə asanlıqla Rusiya vətəndaşlığını almaq imkanı və təbii ki, pul cəlb edir. Vətənləri Özbəkistan, Tacikistan və Qırğızıstanda onların əməllərinin qanunla muzdlu fəaliyyət kimi qiymətləndirilməsi və cinayət işinin başlanmasına səbəb ola biləcəyi bu insanların qarşısını almır.
Bu günlərdə belələrindən biri olan Özbəistan vətəndaşı Rusiyadakı sitəmli həyat hekayəsi barədə danışıb.
SİA-nın əldə etdiyi məlumata görə, özünü Dilşod kimi təqdm edən özbək, Ukraynadakı müharibəyə rusların təhriki və eləcə də məcburiyyət qarşısında qalaraq qatıldığını bildirib.
Bununla belə, o, hazırda Rusiyanın cəza müəssisələrində Orta Asiya ölkələrindən olan minlərlə vətəndaşın cəza çəkdiyini və onların hər gün Ukraynadakı döyüşlərə sürünləndiklərini bildirib.
Qeyd edək ki, bu gün Rusiya həbsxanalarında olan Özbəkistan vətəndaşları cəzalarını çəkmək üçün evlərinə göndərilə bilməzlər. Çünki iki ölkə arasında müvafiq razılaşma yoxdur. Bu, Rusiyada məhkum olunmuş Özbəkistan vətəndaşlarını azadlıq müqabilində onları cəbhəyə getməyə həvəsləndirən işəgötürənlərin asan ovuna çevirir.
“...Prezidentimizdən xahiş edərdim ki, Rusiya həbsxanalarından vətəndaşlarımızı ölkəmizə aparsın. Onların burada nə qohumları var, nə də yaxın adamları! Mən onların rus təhqirlərinə dözüb, əziyyət çəkmələrini istəmirəm”.
Özbəkistanlı Dilşod deyir bunu.
Yeri gəlmişkən, Özbəkistan qanunvericiliyinə görə, başqa dövlətlərin ərazisində hərbi əməliyyatlarda iştirak cinayət sayılır. Özbəkistan rəsmiləri bununla bağlı öz vətəndaşlarına dəfələrlə xəbərdarlıq edib. Lakin mətbuatda mütəmadi olaraq Ukraynada Rusiya tərəfində döyüşən özbəklər haqqında xəbərlər dərc olunmaqdadır...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB