Qabonda yeni hökumət elan edilib

Qabonda 26 üzvdən ibarət ilk keçid hökuməti təyin edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Qabonun keçid dövrünün baş naziri Raymond Ndonq Sima bildirib.

"Qabonun keçid dövrünün prezidenti Bris Kloter Oliq Nqema hökumətin tərkibini öz fərmanı ilə təsdiqlədi" – hökumət başçısı bildirib.

Qeyd edək ki, Ndonq Sima baş nazir postuna sentyabrın 7-də təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə